Tramp: İrana qarşı səbrimiz tükənir, Tehran razılaşmalıdır

4 saat əvvəl 1 dəq oxu Editorial Board
Tramp: İrana qarşı səbrimiz tükənir, Tehran razılaşmalıdır


Donald Tramp Vaşinqtonun İrana qarşı səbrinin məhdud olduğunu bildirib və Tehranın razılaşmaya getməli olduğunu deyib.

ABŞ prezidenti Fox News-a müsahibəsində deyib: “Artıq çox səbirli olmayacağam. İran razılaşmalıdır.”


Tramp həmçinin ABŞ-nin İranın zənginləşdirilmiş uran ehtiyatlarını ələ keçirmək cəhdi barədə danışarkən bunun təhlükəsizlikdən daha çox siyasi və ictimai rəy məsələsi ola biləcəyini deyib. O bildirib: “Bunun zəruri olduğunu düşünmürəm, bəlkə ictimai rəy baxımından. Amma əlimdə olsa, özümü daha rahat hiss edərəm.”


Bu açıqlamalar ABŞ-nin İranın zənginləşdirilmiş uran ehtiyatlarının ölkə xaricinə çıxarılmasını və daxili zənginlədirmənin dayandırılmasını tələb etdiyi bir vaxtda səslənib. İran rejimi isə bunu rədd edir və nüvə proqramının qeyri-hərbi məqsədlər daşıdığını iddia edir.


Bu arada İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının sözçüsü İbrahim Rzayi yaxınlarda bildirib ki, yeni bir hücum halında 90 faizlik zənginləşdirmə Tehranın variantlarından biri ola bilər.