İran rejimi rəsmisi: 90 faizlik zənginləşdirməni yeni hücum halında nəzərdən keçiririk
11 saat əvvəl
•
1 dəq oxu
•
Editorial Board
İran rejimi parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü İbrahim Rzayi bildirib ki, ABŞ və İsrailin yenidən hücumu halında 90 faizlik uran zənginləşdirməsi gündəmə gələ bilər.
ArazNews-un məlumatına görə, Rzayi “X” sosial şəbəkəsində yazıb: “İranın variantlarından biri yeni hücum olarsa, 90 faizlik zənginləşdirmə ola bilər. Parlamentdə bunu araşdırırıq.”
Bu açıqlama, 90 faizlik zənginləşdirmənin nüvə silahı istehsalı üçün tələb olunan texniki həddə çox yaxın olduğu və bölgədə gərginliyi daha da artıracağı ilə bağlı narahatlıqlar fonunda səslənib.
Müharibənin dayandırılması və İranın nüvə proqramı ilə bağlı danışıqların qeyri-müəyyən qaldığı bir vaxtda bu bəyanat yeni təhdid kimi qiymətləndirilir.