Daha bir etirazçı edam edildi; Sasan Azadvər Cunqani İsfahanda dar ağacından asıldı

3 saat əvvəl 1 dəq oxu Editorial Board
Daha bir etirazçı edam edildi; Sasan Azadvər Cunqani İsfahanda dar ağacından asıldı


Cümə axşamı, 30 aprel 2026-cı il sübh saatlarında, 2026-cı ilin yanvar etirazlarında saxlanılan Sasan Azadvər Cunqani İsfahanın Dəstgird həbsxanasında edam edilib. 21 yaşlı bu məhbus ümumi etirazlar zamanı saxlanılmışdı, daha əvvəl “müharibə aparmaq” ittihamı ilə edama məhkum edilmiş və hökmü Ali Məhkəmə tərəfindən təsdiqlənmişdi.


ArazNews-un Hərana-ya istinadən verdiyi məlumata görə, bu etirazçının ailəsi çərşənbə axşamı “son görüş” üçün həbsxanaya çağırılmışdı və onun dəfn mərasimi də ciddi məhdudiyyətlərlə, yalnız 10 qohumun iştirakı ilə təhlükəsizlik mühitində keçirilib. Ailəyə yaxın mənbələr bildiriblər ki, məhkəmə prosesinin detalları və onun müstəqil vəkilə çıxışı aydın deyil.


Sasan Azadvər Cunqani 1 yanvar 2026-cı ildə İsfahanda saxlanılmış və həmin ilin 16 mart tarixində İnqilab Məhkəməsinin birinci şöbəsində, hakim Seyid Mahmud Kazımzadənin sədrliyi ilə mühakimə olunub.