SENTKOM: 20 gəmi Çabaharda dayanıb, 39 gəmi marşrutunu dəyişdi
ABŞ Mərkəzi Komandanlığı dəniz mühasirəsinin güclənməsi ilə eyni vaxtda Çabahar limanında dayanan gəmilərin sayının artdığını bildirib.
Araz News-un məlumatına görə, CENTCOM X sosial şəbəkəsindəki rəsmi hesabında elan edib ki, İrana qarşı dəniz mühasirəsinin güclənməsi nəticəsində Çabahar limanında dayandırılan gəmilərin sayı nəzərəçarpacaq dərəcədə artıb.
Bu qurum yazıb ki, mühasirənin tətbiqindən əvvəl Çabahar limanına orta hesabla gündə təxminən 5 gəmi yanaşırdı, lakin indi bu limanda 20-dən çox gəmi qalıb.
CENTCOM həmçinin bildirib ki, eyni dövrdə daha 39 gəmi də marşrutunu dəyişmək məcburiyyətində qalıb.
Bu məlumata əsasən, ABŞ qüvvələri davam edən mühasirə çərçivəsində dəniz hərəkətinə nəzarət edir və İrana malların giriş-çıxışını məhdudlaşdırıb.