İran daha bir şəxsi Mossadla əməkdaşlıq ittihamı ilə edam edib

4 saat əvvəl 1 dəq oxu Editorial Board
 İran daha bir şəxsi Mossadla əməkdaşlıq ittihamı ilə edam edib


İran məhkəmə sisteminə yaxın media daha bir şəxsin İsrailin Mossad kəşfiyyatı ilə əməkdaşlıq ittihamı ilə edam edildiyini açıqlayıb.


ArazNews-un məlumatına görə, Mizan agentliyinə istinadən, “Mehdi Fərid” adlı şəxs casusluq ittihamı ilə edam olunub.


Məlumata əsasən, o, işlədiyi həssas qurumdakı vəzifəsindən istifadə edərək məlumat toplamaq və bu məlumatları Mossad-a ötürməkdə ittiham edilib. Bildirilib ki, hökm Ali Məhkəmə tərəfindən təsdiqləndikdən sonra icra olunub.


Bu edam, insan haqları təşkilatlarının İranın təhlükəsizlik işləri üzrə məhkəmə proseslərinə dair narahatlıqlarını davam etdirdiyi bir şəraitdə baş verib. Tənqidçilər bildirir ki, bu cür işlərdə təqsirləndirilən şəxslər çox vaxt ədalətli məhkəmə, müstəqil vəkil və şəffaf hüquqi proses imkanlarından məhrum olur.