ABŞ-ın “Gerald Ford” təyyarədaşıyanı yenidən Yaxın Şərqə qayıtdı

2 saat əvvəl 1 dəq oxu Editorial Board
ABŞ-ın “Gerald Ford” təyyarədaşıyanı yenidən Yaxın Şərqə qayıtdı


ABŞ-ın bölgədə hərbi mövcudluğu bir neçə təyyarədaşıyan gəminin yerləşdirilməsi ilə artıb.


Araz News-un Associated Press-ə istinadən verdiyi məlumata görə, “USS Gerald R. Ford” təyyarədaşıyanı yenidən Yaxın Şərq sularına daxil olaraq Qırmızı dənizdə yerləşdirilib.


Məlumata əsasən, bu gəmi Süveyş kanalından keçərək iki esmineslə birlikdə bölgəyə çatıb. “Gerald Ford” artıq Ərəb dənizində yerləşən “USS Abraham Lincoln”dan sonra bölgədəki ikinci ABŞ təyyarədaşıyanıdır.


Həmçinin “USS George H.W. Bush” adlı digər təyyarədaşıyan da bölgəyə doğru hərəkət edir və onun yerləşdirilməsi ilə ABŞ-ın bölgədəki təyyarədaşıyanlarının sayı üçə çata bilər.


Bu hərbi hərəkətlər Yaxın Şərqdə gərginliyin davam etdiyi bir dövrdə baş verir.