Tramp: İranla müharibə bitməyib, amma sona yaxındır
1 saat əvvəl
•
1 dəq oxu
•
Editorial Board
ABŞ prezidenti Fox News-a müsahibəsində müharibənin tezliklə başa çata biləcəyini bildirib.
ArazNews-un məlumatına görə, ABŞ prezidenti Donald Tramp Fox News kanalına verdiyi müsahibədə İranla müharibənin “sona yaxın” olduğunu deyib.
Müsahibə zamanı Fox-un jurnalisti Maria Bartiromo Trampın müharibə ilə bağlı keçmiş zaman ifadələri işlətməsinə diqqət çəkərək ondan müharibənin bitib-bitmədiyini soruşub.
Tramp qısa fasilədən sonra cavab verib ki, onun fikrincə müharibə “sona yaxındır”, lakin tam olaraq bitməyib.
Jurnalist daha əvvəl videonu paylaşmadan Trampdan sitat gətirərək “müharibə bitib” demişdi, lakin ABŞ prezidentinin dəqiq ifadəsi onun “sona yaxındır” dediyini göstərir.