Doğu Azərbaycan’da 60-dan çox “təhlükəsizlik işi”10-u casusluqla bağlı
Doğu Azərbaycan vilayətinin mərkəz prokuroru “son hadisələr” fonunda bu bölgədə 60-dan çox təhlükəsizlik yönümlü işin açıldığını və onlardan 10-nun “casusluq”la bağlı olduğunu açıqlayıb.
ArazNews-un məlumatına görə,Məhəmmədzadə bildirib ki,bəzi işlər üzrə müəyyən edilən maksimum cəza casusluqla bağlı qanuna əsasən “müharibə hökmü” səviyyəsindədir.
O,əlavə detallara toxunmadan deyib: “Onların bir qismi ittiham aktı mərhələsini keçib və yekun qərar məhkəmələrdə verildikdən və Ali Məhkəmə tərəfindən təsdiqləndikdən sonra hökmlər ən qısa zamanda icra olunacaq.”
Bu açıqlamalar saxlanılan şəxslərin kimliyi, həbs vaxtı və məhkəmə prosesləri ilə bağlı heç bir məlumatın açıqlanmadığı bir şəraitdə verilib.
12 günlük müharibənin, yanvar etirazlarının və ötən ilin 28 fevral tarixində ABŞ və İsrailin hücumlarından sonra İranda təhlükəsizlik tədbirləri sərtləşib və “casusluq və düşmənlə əməkdaşlıq” ittihamı ilə həbs dalğası artıb.