Danışıqlarla bağlı ziddiyyət: Fars agentliyi İran heyətinin İslamabada getdiyini təkzib etdi

5 saat əvvəl 1 dəq oxu Editorial Board
 Danışıqlarla bağlı ziddiyyət: Fars agentliyi İran heyətinin İslamabada getdiyini təkzib etdi


İran və ABŞ arasında mümkün danışıqlar ərəfəsində İran nümayəndə heyətinin Pakistandakı iştirakı ilə bağlı məlumatlar bir-birini təkzib edir.

Araz News-un məlumatına görə, Fars agentliyi “məlumatlı mənbə”yə istinadən İranın danışıqlar heyətinin İslamabada daxil olması xəbərini təkzib edib.


Mənbə iddia edib ki, İran rəsmi şəkildə Pakistana bildirib ki, Livanda atəşkəs təmin olunana qədər ABŞ-la sülh danışıqlarında iştirak planı yoxdur.


Bu arada, daha əvvəl The Wall Street Journal İran heyətinin danışıqlarda iştirak üçün İslamabada gəldiyini yazmışdı. Eyni zamanda, İranın bəzi daxili KİV-ləri Xarici İşlər Nazirinin müavini Səid Xətibzadəyə istinadən heyətin Pakistan səfəri barədə məlumat vermişdi.


Xətibzadə həmçinin qeyd etmişdi ki, heyətlərin tərkibi ABŞ tərəfinin nümayəndəlik səviyyəsindən asılı olacaq və əgər danışıqlara vitse-prezident rəhbərlik edərsə, İran heyətinə Məhəmməd Baqer Qalibaf başçılıq edə bilər.


Bütün bunlara baxmayaraq, görüşün keçirilib-keçirilməyəcəyi hələ də qeyri-müəyyən olaraq qalır.