İsrail Qərb Şəriədə 34 yeni yaşayış məntəqəsinin tikintisini təsdiqlədi

1 saat əvvəl 1 dəq oxu Editorial Board
 İsrail Qərb Şəriədə 34 yeni yaşayış məntəqəsinin tikintisini təsdiqlədi


İsrail hökuməti müharibə şəraitində və yüksək məxfiliklə Qərb Şəriədə 34 yeni yaşayış məntəqəsinin tikintisini təsdiqləyib.


Araz News-un məlumatına görə, Al Jazeera-ya istinadən bu məntəqələr yalnız fələstinlilərin yaşamadığı ərazilərdə deyil, həm də tam şəkildə Fələstin Muxtariyyətinin nəzarətində olan “A zonası” kimi tanınan bölgələrdə də inşa olunacaq.


Məlumata əsasən, bu addım İsrailin hakim koalisiyasının Qərb Şəriənin tam ilhaqına yönəlmiş planının bir hissəsi hesab olunur və bu hökumət dövründə təsdiqlənən məntəqələrin ümumi sayı 103-ə çatıb.