İraqdakı “İslami Müqavimət” atəşkəslə paralel əməliyyatları dayandırdı
3 saat əvvəl
•
1 dəq oxu
•
Editorial Board
İraqda fəaliyyət göstərən “İslami Müqavimət” qruplaşması İran və ABŞ arasında əldə olunan atəşkəsdən sonra əməliyyatlarını müvəqqəti dayandırdığını açıqlayıb.
Araz News-un məlumatına görə, qrup yaydığı bəyanatda İraq və region üzrə bütün hərbi fəaliyyətlərini iki həftə müddətinə dayandıracağını bildirib.
Bu qərar ABŞ və İran arasında iki həftəlik atəşkəs razılaşmasının elan edilməsindən sonra verilib. “İslami Müqavimət” İranın dəstəklədiyi və “müqavimət oxu” çərçivəsində fəaliyyət göstərən şiə silahlı qruplarını birləşdirir.
Bundan əvvəl Fars agentliyi “məlumatlı mənbəyə” istinadən bildirmişdi ki, Tehran 10 maddəlik planında müttəfiq qruplara qarşı hücumların tam dayandırılmasını və bu prinsipin bütün tərəflərə şamil olunmasını tələb edib.