Tramp: “Tam qələbə əldə etdik”

1 saat əvvəl 1 dəq oxu Editorial Board
 Tramp: “Tam qələbə əldə etdik”



ABŞ prezidenti Donald Tramp İranla iki həftəlik atəşkəs razılaşmasını Vaşinqton üçün “tam və yüz faiz qələbə” kimi qiymətləndirib.


Araz News-un məlumatına görə, AFP-yə istinadən Tramp bildirib ki, ABŞ bu razılaşmadan sonra “tam qələbə” əldə edib.


O əlavə edib ki, İran tərəfindən təqdim olunan 10 maddəlik plan ABŞ tərəfindən qəbul edilə biləcək əsas kimi qiymətləndirilir və danışıqların davamı üçün baza rolunu oynaya bilər.


Tramp eyni zamanda əvvəlki açıqlamalarında İranın infrastrukturuna hücumla bağlı səsləndirdiyi hədələrə dair dəqiq mövqe bildirməyib və “görək nə olacaq” deyə cavab verib.


ABŞ prezidenti həmçinin vurğulayıb ki, İranın nüvə proqramı istənilən mümkün razılaşmada nəzərə alınacaq, lakin bu barədə əlavə detallar açıqlanmayıb.


◾️@ArazNews_az