Al Jazeera Trampın “daş dövrünə qaytarmaq” ifadəsini şərh etdi

1 saat əvvəl 1 dəq oxu
Al Jazeera Trampın “daş dövrünə qaytarmaq” ifadəsini şərh etdi


ABŞ prezidenti Donald Trampın “onları daş dövrünə qaytaracağıq” açıqlaması beynəlxalq mediada müzakirələrə səbəb olub.


ArazNews xəbər verir ki, Al Jazeera-da yayımlanan təhlildə bu ifadənin genişmiqyaslı bombardman, yəni “xalça bombardmanı” mənasına gəldiyi qeyd olunur.


Hesabatda deyilir: “Bir məkanı daş dövrünə qaytarmaq ifadəsi adətən onun bütün müasir infrastrukturlarının məhv ediləcəyi şəkildə genişmiqyaslı bombardmanı nəzərdə tutur.”


Al Jazeera həmçinin bildirib ki, bu cür ifadələr ABŞ-ın hərbi siyasətində yeni deyil və keçmiş müharibələrdə də oxşar yanaşmalar gündəmə gətirilib və ya tətbiq olunub.