Fransa BƏƏ-də pilotsuz aparat təhdidinə qarşı hərbi texnika yerləşdirdi

1 saat əvvəl 1 dəq oxu
 Fransa BƏƏ-də pilotsuz aparat təhdidinə qarşı hərbi texnika yerləşdirdi


İranın PUA təhdidlərinin artması fonunda Fransanın BƏƏ-də gizli şəkildə hərbi texnika yerləşdirdiyi bildirilir.


ArazNews-un hərbi mənbələrə istinadən verdiyi məlumata görə, Fransa mart ayının ortalarında iki ədəd Eurocopter Tiger hücum helikopterini BƏƏ-yə göndərib. Bu sistemlər aşağı hündürlükdə uçan PUA-lara qarşı mübarizə üçün nəzərdə tutulub və sürətli reaksiya imkanı yaradır.


Eyni zamanda, İranla əlaqələndirilən PUA hücumlarının artmasından sonra Fransanın Dassault Rafale qırıcıları da BƏƏ-də daha aktiv istifadə olunmağa başlanıb və onların sayı artırılıb.


Bu çərçivədə Fransanın hava-hava raket ehtiyatlarının təzyiq altında olduğu ilə bağlı məlumatlar da yayılıb.