İsrail ordusu: Tehranda Sepah quru qüvvələri bazası və Təbrizdə raket obyekti vuruldu
1 saat əvvəl
•
1 dəq oxu
İsrail ordusu Tehrana yönəlik geniş hücum dalğasında Sepahın-ın quru qüvvələrinə aid baza və səyyar komanda məntəqəsini hədəf aldığını açıqlayıb.
ArazNews xəbər verir ki, eyni əməliyyat çərçivəsində Təbriz bölgəsində yerləşən ballistik raketlərin saxlanma obyektlərindən biri də vurulub.
İsrail ordusunun bildirdiyinə görə, bu hücumlar “Aman” hərbi kəşfiyyat qurumunun yönləndirməsi ilə həyata keçirilib.
Açıqlamada qeyd olunub ki,Sepah yüzlərlə komanda mərkəzinin sıradan çıxmasından sonra bəzi komandirlərini səyyar bölmələrdə yerləşdirməyə başlayıb.