Tehran ABŞ və İsrailin hücumlarına baxmayaraq hərbi imkanlarının tam məhv olmadığını vurğulayıb.
ArazNews-un Fars xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Xatəmül-Ənbiya mərkəzi qərargahının sözçüsü bildirib ki, İranın gizli silah ehtiyatları qalmaqdadır və hərbi gücü tam sıradan çıxarılmayıb.
İbrahim Zülfiqari Donald Trampın açıqlamalarına cavab olaraq deyib: “Sizin hədəf aldığınızı düşündüyünüz mərkəzlər əhəmiyyətsizdir və bizim strateji istehsalımız sizin bilmədiyiniz, heç vaxt çata bilməyəcəyiniz yerlərdə həyata keçirilir.”
Bu açıqlamalar ABŞ və İsrailin son həftələrdə İranın hərbi bazaları və raket sistemləri daxil olmaqla minlərlə hədəfə zərbə endirdiyi bir vaxtda səsləndirilib.
Buna baxmayaraq, hücumların intensivliyi azalsa da, məlumatlar Tehranın hələ də müəyyən hərbi zərbələr endirmə qabiliyyətini qoruduğunu göstərir.