Emirates: İran vətəndaşlarına giriş və tranzit qadağası tətbiq edildi

3 saat əvvəl 1 dəq oxu
 Emirates: İran vətəndaşlarına giriş və tranzit qadağası tətbiq edildi


Emirates hava yolu şirkəti İran vətəndaşları üçün yeni məhdudiyyətlər tətbiq etdiyini açıqlayıb.


ArazNews-un Reuters-ə istinadən verdiyi məlumata görə, şirkət bildirib ki, İran vətəndaşlarının BƏƏ-yə girişinə və ya bu ölkə üzərindən tranzit keçməsinə icazə verilmir.


Şirkətin rəsmi saytında yayılan məlumata əsasən, bu məhdudiyyətlər İran ilə Körfəz ölkələri arasında artan gərginlik fonunda tətbiq olunub.


Eyni zamanda, Flydubai şirkəti açıqlayıb ki, BƏƏ-nin “Golden Visa” sahibələri bu məhdudiyyətlərdən istisnadır və onların giriş və tranzit imkanları qüvvədə qalır.