Netanyahu: İran rejimi artıq İsrail üçün mövcudiyyət təhdidi deyil

5 saat əvvəl 1 dəq oxu
 Netanyahu: İran rejimi artıq İsrail üçün mövcudiyyət təhdidi deyil


İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, İran rejimi artıq bu ölkə üçün mövcudiyyət təhdidi hesab olunmur və son müharibələr nəticəsində ciddi hərbi və strateji uğurlar əldə edilib.

ArazNews-un İsrail mediasına istinadən verdiyi məlumata görə, Netanyahu video müraciətində iddia edib ki, İsrail və ABŞ-ın hücumları İranın raket və nüvə sahələrinə yatırdığı təxminən 1 trilyon dollarlıq sərmayəni məhv edib.


O, bu əməliyyatları “şər oxu” adlandırdığı qüvvələrə qarşı “10 zərbə” kimi qiymətləndirərək bildirib ki, hücumlar Qəzzada HƏMAS, Livanda Hizbullah, Yəməndə husilər, Qərbi Şəriyyədə bağlı qüvvələr və İran daxilindəki infrastrukturları əhatə edib.


Netanyahu qeyd edib ki, bu hücumlar İranın nüvə proqramını, raket istehsalını, dövlət qurumlarını, təhlükəsizlik qüvvələrini və yüksək səviyyəli rəsmilərini hədəf alıb.


O, həmçinin iddia edib ki، İran rejiminin nüvə silahı və ballistik raket istehsalı qabiliyyəti “sındırılıb” və bu rejimin “gec-tez çökəcəyini” irəli sürüb.