BƏƏ-də iranlıların yaşayış icazələrinin ləğvi iddiaları; iş və “qızıl viza” sahibləri də daxil
1 saat əvvəl
•
1 dəq oxu
Sosial mediada yayılan məlumatlarda iddia olunur ki, Birləşmiş Ərəb Əmirlikləri ölkə xaricində olan iranlıların, o cümlədən iş, şirkət və “qızıl viza” sahiblərinin yaşayış icazələrini ləğv edib.
ArazNews xəbər verir ki, bu iddialara görə son günlər Oman və Türkiyə kimi ölkələrə səfər edən bəzi iranlılar geri dönərkən BƏƏ-yə girişlərinə icazə verilməyib və bəzi aviaşirkətlər onları reyslərə buraxmaqdan imtina edib.
Məlumatlarda həmçinin qeyd olunur ki, BƏƏ-də yaşayan iranlılara vəziyyət aydınlaşana qədər ölkədən çıxmamaları tövsiyə edilib.
Eyni zamanda bəzi qeyri-rəsmi mənbələr beş iran məktəbinin və 54 illik Jumeirah xəstəxanasının bağlandığını bildirir. Bu vəziyyətin 400 min ilə 600 min arasında iranlını təsir edə biləcəyi qeyd olunur.