İranın Səudiyyə bazasına hücumu; azı 29 ABŞ hərbçisi yaralanıb

4 saat əvvəl 1 dəq oxu
 İranın Səudiyyə bazasına hücumu; azı 29 ABŞ hərbçisi yaralanıb


Associated Press-in yaydığı məlumata görə, İranın Səudiyyə Ərəbistanındakı hava bazasına son hücumları nəticəsində son bir həftədə azı 29 ABŞ hərbçisi yaralanıb.


ArazNews-un Associated Press-ə istinadən verdiyi məlumata görə, İran son hücumda “Prince Sultan” hava bazasına 6 ballistik raket və 29 PUA atıb. Nəticədə azı 15 ABŞ hərbçisi, o cümlədən 5 nəfər ağır olmaqla yaralanıb.


Məlumatda qeyd olunur ki, bu baza ötən həftə ərzində ən azı daha iki dəfə hücuma məruz qalıb və həmin hücumlardan birində 14 ABŞ hərbçisi yaralanıb.


“Prince Sultan” hava bazası Ər-Riyaddan təxminən 96 km məsafədə yerləşir və Səudiyyə Hərbi Hava Qüvvələrinin nəzarətində olsa da, ABŞ qüvvələri tərəfindən də istifadə olunur.