Barak Ravid: J.D. Vens Netanyahuyə dedi – İran rejiminin devrilməsi ilə bağlı qiymətləndirmə həddən artıq optimist olub
5 saat əvvəl
•
1 dəq oxu
Barak Ravid bildirib ki, ABŞ vitse-prezidenti J.D. Vens bazar ertəsi günü Benyamin Netanyahuyla telefon danışığında İsrailin İran rejiminin devrilməsi ilə bağlı qiymətləndirməsini qeyri-real hesab edib.
Məlumata görə, Vens İsrailin bu məsələdəki proqnozlarının həddən artıq optimist olduğunu vurğulayıb.
Hesabatda qeyd olunur ki, Vens ilə Netanyahunun danışığı gərgin keçib. Ağ Ev və İsrail baş nazirinin ofisi hələlik bu xəbərə rəsmi reaksiya verməyib.