12 yaşdan yuxarı şəxslərin qeydiyyatı başladı; Sepah yoxlama məntəqələri və patrullar üçün könüllü toplayır

3 saat əvvəl 1 dəq oxu
 12 yaşdan yuxarı şəxslərin qeydiyyatı başladı; Sepah yoxlama məntəqələri və patrullar üçün könüllü toplayır


ArazNews-un məlumatına görə, Sepahın Tehrandakı mədəniyyət və incəsənət üzrə müavini Rəhim Nadəli “Müqəddəs Müdafiə” xəbər agentliyinə açıqlamasında “Vətən müdafiəçiləri” adlı layihə çərçivəsində qeydiyyatın başladığını bildirib.


Onun sözlərinə görə, 12 yaşdan yuxarı könüllülər məscidlərdə yerləşən Bəsic bazaları və şəhər üzrə yaradılmış qeydiyyat mərkəzləri vasitəsilə bu proqramda iştirak üçün müraciət edə bilərlər.


Bildirilib ki, bu şəxslər yoxlama məntəqələrində və patrul xidmətlərində iştirak etmək üçün cəlb olunacaqlar.


Bu addım isə beynəlxalq hüquq çərçivəsində mübahisəli hesab olunur. Uşaq hüquqları ilə bağlı konvensiyalara görə, 15 yaşdan aşağı şəxslərin hərbi fəaliyyətlərdə istifadəsi ciddi məhdudiyyətlərlə qarşılaşır və dövlətlərə uşaqların münaqişələrə cəlb edilməməsi tövsiyə olunur.