Bloomberg: Türkiyə körfəz ölkələrini İranla müharibəyə girməməyə çağırır

3 saat əvvəl 1 dəq oxu
Bloomberg: Türkiyə körfəz ölkələrini İranla müharibəyə girməməyə çağırır


Bloomberg xəbər verir ki, Türkiyə körfəz ölkələrinin İranla müharibəyə daxil olmasının qarşısını almağa çalışır.


ArazNews-un Bloomberg-ə istinadən verdiyi məlumata görə, Ankara Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər və digər ölkələrlə intensiv diplomatik təmaslar apararaq təmkinli davranmağa və münaqişəyə qoşulmamağa çağırıb.


Eyni zamanda, Məsud Pezeşkian Rəcəb Tayyib Ərdoğanın İsraili qınayan mövqeyini yüksək qiymətləndirib. İran prezidenti Ərdoğanı “əziz qardaş” adlandıraraq bildirib ki, türk milləti uzun illərdir İslam ümməti ilə həmrəylikdə mühüm rol oynayıb.