İsrail 400 min ehtiyat qüvvəni səfərbər edir

3 saat əvvəl 1 dəq oxu
İsrail 400 min ehtiyat qüvvəni səfərbər edir


Bölgədə gərginliyin artması fonunda İsrail mediası Tel-Əvivin Cənubi Livanda quru əməliyyatlarını genişləndirmək ərəfəsində təxminən 400 min ehtiyat qüvvəni səfərbər etməyi planlaşdırdığını bildirib.


ArazNews-un Kan dövlət mediasına istinadən verdiyi məlumata görə, bu qərarın yaxın zamanda hökumət tərəfindən təsdiqlənməsi gözlənilir və Livanda quru əməliyyatlarının genişləndirilməsi ilə yanaşı, İran rejiminə qarşı hərbi hücumların davamı çərçivəsində həyata keçiriləcək. Bununla belə, hesabatda səfərbər ediləcək qüvvələrin real sayının açıqlanan rəqəmdən az ola biləcəyi qeyd olunur.


Bu proses ABŞ və İsrailin 28 fevral tarixindən etibarən İrana qarşı başlatdığı hücumlardan sonra bölgədə qarşıdurmanın davamlı şəkildə artdığı bir vaxta təsadüf edir.