Təbrizdə dəmiryolu lojmanlarına hücum: 7 nəfər öldü

2 saat əvvəl 1 dəq oxu
 Təbrizdə dəmiryolu lojmanlarına hücum: 7 nəfər öldü


ABŞ və İsrailə aid olduğu iddia edilən hücumlar nəticəsində Təbrizdə azı 7 nəfər həyatını itirdi.


ArazNews-in məlumatına görə, Şərqi Azərbaycan Böhran İdarəetmə Qurumu bildirdi ki, çərşənbə günü, 5 aprel səhər saatlarında Təbrizdə dəmiryolu işçilərinə məxsus lojmanlara edilən hücum nəticəsində 7 nəfər həyatını itirib.


Məlumata əsasən, xilasetmə əməliyyatları saat 02:00-da başa çatıb və qurbanların cəsədləri dağıntılar altından çıxarılıb. Eyni zamanda, digər mümkün zərərçəkənlərin tapılması üçün axtarışlar davam edir.


Son günlər ABŞ və İsrailin İranın müxtəlif şəhərlərində rejimə aid hədəflərə hücumları ilə bağlı xəbərlərlə yanaşı, hakimiyyətə yaxın şəxslərlə əlaqəli bəzi yaşayış yerlərinin də hədəf alındığı bildirilir.