Niyə Ənzəli limanı hədəf alındı Xəzərin Rusiya–rejim İran silah transferində rolu
2 saat əvvəl
•
1 dəq oxu
Wall Street Journal-ın hesabatına görə, İsrailin Ənzəli limanına hücumu Rusiya ilə rejim İran arasında hərbi dəstək xəttinə zərbə vurmaq məqsədi daşıyıb.
ArazNews-in Wall Street Journal-a istinadən verdiyi xəbərə görə, Ənzəli limanı Xəzər marşrutu üzərindən sursat, PUA və digər hərbi avadanlıqların daşınmasında əsas qovşaqlardan biri hesab olunur.
Bu qiymətləndirməyə əsasən, Moskva və Tehran strateji yüklərin ötürülməsi üçün Xəzər xəttindən istifadə edirdi və bu marşrut mühüm logistika kanallarından birinə çevrilmişdi.
Buna görə də, Ənzəli limanına hücum rejim İranın mühüm təchizat xəttini kəsməyə yönəlmiş addım kimi dəyərləndirilir.