Pezeşkian Trampa cavab verdi: “İranı xəritədən silmək xülyası acizliyin göstəricisidir”

1 saat əvvəl 1 dəq oxu
 Pezeşkian Trampa cavab verdi: “İranı xəritədən silmək xülyası acizliyin göstəricisidir”


Pezeşkian Trampa cavab verdi: “İranı xəritədən silmək xülyası acizliyin göstəricisidir”


ArazNews: Məsud Pezeşkian Donald Trampın İranın “məhv edilməsi” ilə bağlı son açıqlamalarına X sosial şəbəkəsində paylaşım edərək cavab verib.


ArazNews-in məlumatına görə, Pezeşkian yazıb: «İranı xəritədən silmək xülyası, tarix yaradan bir millətin iradəsi qarşısında acizlik və çıxılmazlığın göstəricisidir. Təhdid və terror İran xalqını daha da birləşdirir.»


O, həmçinin Hörmüz boğazının vəziyyətinə toxunaraq vurğulayıb: «Hörmüz boğazı İran torpaqlarına təcavüz edənlər istisna olmaqla bütün ölkələrin gəmiləri üçün açıqdır» və əlavə edib: «Sərsəm açıqlamalara və düşüncəsiz təhdidlərə meydanda qəti cavab verəcəyik.»


Bu açıqlamalar Trampın son günlərdə dəfələrlə İranın “tam məhv edilməsi”ndən danışdığı, “İranı xəritədən silmək” və “İranın ölümü” kimi ifadələr işlətdiyi bir vaxta təsadüf edir.


Qeyd edək ki, ABŞ və İsrail koalisiyası Məsud Pezeşkianı hədəf almağa ciddi maraq göstərmir. İsrailin Jerusalem Post qəzeti yazır ki, İsrail rəsmiləri Pezeşkianın SEPAH komandirləri arasında məhdud təsirə malik olduğunu düşünür və onun aradan götürülməsi ilə bağlı hər hansı plan mövcud deyil.