Türkiyə Müdafiə Nazirliyi açıqladı ki, Qatar Silahlı Qüvvələrinə aid bir helikopter, iki ölkə arasında hərbi əməkdaşlıq çərçivəsində fəaliyyət göstərərkən 21 mart axşamı texniki nasazlıq səbəbindən qəzaya uğrayaraq dənizə düşdü.
ArazNews-in Türkiyə Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, sözügedən helikopter Türkiyə-Qatar ortaq qüvvələr komandanlığı çərçivəsində təlim fəaliyyəti həyata keçirərkən qəzaya uğrayıb. Hadisədən sonra axtarış-xilasetmə əməliyyatları dərhal başladılıb və helikopterin qalıqlarına, eləcə də həyatını itirənlərin cəsədlərinə çatılıb.
Məlumata görə, hadisə nəticəsində dörd qatar hərbçisi, bir türk hərbçisi və Aselsan şirkətinə bağlı iki texnik həyatını itirib. Qəzanın dəqiq səbəbi Qatar rəsmiləri tərəfindən aparılacaq rəsmi araşdırmalardan sonra açıqlanacaq.