Bildirilir ki, Britaniyanın uzaqmənzilli raketlərlə təchiz olunmuş nüvə sualtı qayığı Ərəb dənizində yerləşdirilib.
ArazNews-un məlumatına görə, Euronews-a istinadən, Britaniya Tomahawk raketləri ilə təchiz olunmuş nüvə sualtı qayığını Ərəb dənizində yerləşdirib və bu addım gərginliyin artması halında uzaqmənzilli hücumlar üçün istifadə oluna bilər.
Məlumata əsasən, “HMS Anson” adlı sualtı qayıq Avstraliyanın Pert limanını tərk etdikdən sonra təxminən 8800 km məsafə qət edərək bölgəyə çatıb.
Bu sualtı qayıq Tomahawk raketləri ilə yanaşı, müasir torpedolarla da təchiz olunub və regionda artan gərginlik fonunda Britaniyanın dəniz əməliyyat imkanlarının bir hissəsi hesab olunur.