İsrail ordusu İranın uzaqmənzilli raket atdığını iddia etdi

5 saat əvvəl 1 dəq oxu
İsrail ordusu İranın uzaqmənzilli raket atdığını iddia etdi


İsrail Müdafiə Qüvvələri (IDF) bildirib ki, İran “Şir Xurşan” əməliyyatının başlanmasından bəri ilk dəfə təxminən 4000 km mənzilli uzaqmənzilli raket atıb.


ArazNews-un məlumatına görə, IDF sosial şəbəkə X-də yaydığı açıqlamada iddia edib ki, bu tip raketlər Avropa, Asiya və Afrikanın bəzi hissələrini vura biləcək məsafəyə malikdir və bu, İranın regional çərçivədən kənara çıxan hərbi imkanlar inkişaf etdirdiyini göstərir.


İsrail ordusu həmçinin bildirib ki, 2025-ci ilin iyununda həyata keçirilən “Şir qalxır” əməliyyatı zamanı İranın 4000 km mənzilli raketlər üzərində işlədiyi barədə xəbərdarlıq etmişdi, lakin bu iddialar Tehran tərəfindən rədd olunmuşdu.


Bəyanatda əlavə olunur ki, İran son illərdə regionda 12 ölkəyə qarşı hücumlar həyata keçirib və İsrailin iddiasına görə, bu ölkə qlobal miqyasda təhlükə yarada biləcək imkanlarını genişləndirir.