Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, daxili müxalifətin mövqeyi və açıqlamaları Azərbaycanla yeni hərbi qarşıdurmaya yol aça bilər.
ArazNews-un məlumatına görə, Paşinyan müxalifəti “ictimai rəyi müharibəyə hazırlamaqda” ittiham edib və onların ritorikasının sülh iddialarına baxmayaraq, gərginliyi artırdığını deyib. O qeyd edib ki, bəzi müxalif fiqurlar – onun sözlərinə görə “Kreml tərəfindən dəstəklənənlər” – sülhə qarşı olmadıqlarını desələr də, hakimiyyətə gəldikləri halda mövcud razılaşmaları yenidən nəzərdən keçirmək niyyətindədirlər.
Ermənistanın baş naziri xəbərdarlıq edib ki, belə yanaşma faktiki olaraq müharibə yoluna qayıdış deməkdir və vurğulayıb: “Bunu açıq deyirəm – bu, müharibə deməkdir.”