ABŞ kəşfiyyat rəhbəri: Vaşinqton və Tel-Əvivin İranla bağlı hədəfləri fərqlidir

2 saat əvvəl 1 dəq oxu
ABŞ kəşfiyyat rəhbəri: Vaşinqton və Tel-Əvivin İranla bağlı hədəfləri fərqlidir


ABŞ-ın Milli Kəşfiyyat Direktoru bildirib ki, İranla bağlı hərbi əməliyyatlarda Vaşinqton və İsrailin hədəfləri eyni deyil.


ArazNews-un məlumatına görə, Reuters-ə istinadən Tulsi Gabbard ABŞ Konqresinin Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsində çıxışı zamanı deyib ki, ABŞ və İsrailin İranla bağlı əməliyyatlarda məqsədləri üst-üstə düşmür.


O qeyd edib ki, ABŞ prezidentinin müəyyən etdiyi hədəflər İsrail hökumətinin açıqladığı hədəflərdən fərqlənir. Gabbard əlavə edib ki, İsrail daha çox İran rəhbərliyini zəiflətməyə fokuslanıb, ABŞ isə İranın ballistik raket buraxma qabiliyyətini, bu raketlərin istehsal imkanlarını və dəniz gücünü hədəf alır.