İran xarici işlər naziri: Tehran ABŞ-a atəşkəs üçün müraciət göndərməyib

6 saat əvvəl 1 dəq oxu
İran xarici işlər naziri: Tehran ABŞ-a atəşkəs üçün müraciət göndərməyib


ArazNews-un məlumatına görə, İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Tehran ABŞ-a atəşkəs istəyi ilə heç bir mesaj göndərməyib və müharibənin sonu elə şəkildə olmalıdır ki, bu cür hücumlar bir daha təkrarlanmasın.


Əraqçi deyib ki, İranın atəşkəsə qarşı çıxması müharibəni davam etdirmək istəyi anlamına gəlmir. Onun sözlərinə görə qarşı tərəf böyük ölçüdə İranın mesajını alıb və Tehran özünü müdafiə etməkdə tərəddüd etməyəcək.


İranın xarici işlər naziri həmçinin bildirib ki, Hörmüz boğazı yalnız “düşmənlər və təcavüzkar addımları dəstəkləyən ölkələr” üçün bağlana bilər.