İsrail ordusu: Əli Xameneiyə məxsus təyyarə Mehrabad hava limanında məhv edilib

1 saat əvvəl 1 dəq oxu
İsrail ordusu: Əli Xameneiyə məxsus təyyarə Mehrabad hava limanında məhv edilib


İsrail ordusu rəsmi bəyanatında İranın ali rəhbəri Əli Xameneiyə məxsus xüsusi təyyarənin Tehrandakı Mehrabad hava limanında hədəfə alınaraq məhv edildiyini açıqlayıb.

ArazNews-un məlumatına görə, bəyanatda bildirilir ki, bu təyyarə Xameneinin daxili və xarici səfərləri, həmçinin İranın yüksək vəzifəli rəsmilərinin daşınması üçün istifadə olunurdu. Həmçinin qeyd olunub ki, təyyarə İranın hərbi rəhbərləri və qüvvələri tərəfindən silah alışları və hökumətin müttəfiq ölkələrlə əlaqələri çərçivəsində də istifadə edilirdi.


İsrail ordusu bu təyyarəni İran hakimiyyətinin “strateji aktivlərindən biri” kimi qiymətləndirərək bildirib ki, onun məhv edilməsi rejimin müttəfiqləri ilə koordinasiya imkanlarını, hərbi gücünü gücləndirmək və idarəetmə strukturunu bərpa etmək qabiliyyətini zəiflədir.


Bəyanatda həmçinin vurğulanıb ki, İsrail ordusu İranın hərbi qüvvələri tərəfindən ölkə daxilində istifadə olunan bütün vasitələri hədəfə almağa davam edəcək.