Tramp Xarq adasının neft terminalını ələ keçirmək variantını nəzərdən keçirir

2 saat əvvəl 1 dəq oxu
Tramp Xarq adasının neft terminalını ələ keçirmək variantını nəzərdən keçirir


ABŞ prezidenti Donald Tramp Hörmüz boğazının yenidən açılması üçün beynəlxalq koalisiya yaratmağa çalışdığı bir vaxtda İranın Xarq adasında yerləşən neft terminalını ələ keçirmək variantını da nəzərdən keçirir.


ABŞ rəsmilərinin sözlərinə görə, əgər körfəz bölgəsində neft tankerlərinin hərəkətinin dayanması davam edərsə, bu variant ciddi şəkildə gündəmə gələ bilər.


Hörmüz boğazında gəmiçilik marşrutlarının bağlanması dünya bazarlarında neft və qaz qiymətlərinin artmasına səbəb olub və qlobal enerji təchizatının mühüm hissəsinə təsir göstərib.


Bu arada Tramp Truth Social sosial şəbəkəsində paylaşım edərək Çin, Fransa, Yaponiya, Cənubi Koreya və Böyük Britaniya da daxil olmaqla bir sıra ölkələrdən körfə bölgəsində gəmiçilik marşrutlarının təhlükəsizliyini təmin etmək üçün hərbi gəmilər göndərmələrini istəyib.