İlham Əliyev: Orta dəhlizin genişləndirilməsi ilə Ermənistan ilk dəfə tranzit ölkəyə çevrilə bilər
1 saat əvvəl
•
1 dəq oxu
Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, Ermənistanla sülh əldə olunduqdan sonra Bakı Orta dəhlizin genişləndirilməsi üzərində ciddi şəkildə işləyəcək və bu marşrut Ermənistan ərazisindən də keçəcək.
ArazNews-un Azərtac-a istinadən verdiyi məlumata görə, Əliyev bunu Bakıda keçirilən XIII Qlobal Bakı Forumunun açılış mərasimində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu layihə həyata keçirilərsə, Ermənistan müstəqillik tarixində ilk dəfə tranzit ölkəyə çevrilə bilər.
Əliyev həmçinin qeyd edib ki, bu marşrutun yaradılması ilə Azərbaycan Respublikasının əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa əlaqə təmin olunacaq.