İranın xarici işlər naziri: İranın raket hücumları İsrailə geniş ziyan vurub
1 saat əvvəl
•
1 dəq oxu
İranın xarici işlər naziri Seyid Abbas Əraqçi X sosial şəbəkəsində paylaşdığı mesajda İranın raket hücumlarının İsrailə geniş ziyan vurduğunu iddia edib.
ArazNews-un məlumatına görə, Əraqçi mesajında İsrailin hücumlarına cavab olaraq İranın raket hücumlarının davam etdiyini bildirib.
O həmçinin iddia edib ki, İran hərbi qüvvələri İsrail hədəflərinə böyük ziyan vurub və bu ölkənin hava hücumundan müdafiə sistemi pozulub.
Əraqçi mesajının davamında bu hücumların “yalnız başlanğıc” olduğunu vurğulayıb.