Azərbaycan İrana humanitar yardım göndərdi

3 saat əvvəl 1 dəq oxu
Azərbaycan İrana humanitar yardım göndərdi


Azərbaycan və İran prezidentləri arasında baş tutan telefon danışığından sonra Prezident İlham Əliyevin göstərişi ilə Bakı tərəfindən İrana humanitar yardım göndərilib.


Araz News-un məlumatına görə, Azərbaycan rəsmilərinin açıqlamasında bildirilib ki, martın 8-də İlham Əliyev ilə İran prezidenti Məsud Pezeşkian arasında telefon danışığından sonra bu qərar qəbul edilib.


Yardımlar Prezidentin göstərişi ilə Azərbaycanın Fövqəladə Hallar Nazirliyinə məxsus avtomobillərlə İrana göndərilib və tərkibində 10 ton un, 6 ton düyü, 2,4 ton şəkər, 4 tondan çox su, təxminən 600 kiloqram çay və 2 tona yaxın dərman və tibbi avadanlıq yer alır.


Bəzi regional müşahidəçilər bildirirlər ki, coğrafi yaxınlıq və nəqliyyat marşrutları nəzərə alınaraq bu yardımların ilk olaraq Güney Azərbaycan bölgələrinə çatdırılması gözlənilir.