Tramp Hörmüz boğazının bağlanacağı halda İrana sərt cavabla hədələdi

3 saat əvvəl 1 dəq oxu
Tramp Hörmüz boğazının bağlanacağı halda İrana sərt cavabla hədələdi


ABŞ prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində paylaşdığı mesajda xəbərdarlıq edib ki, İran Hörmüz boğazında neft axınını dayandırmağa cəhd edərsə, ABŞ buna çox sərt cavab verəcək.


Araz News-un məlumatına görə, Tramp bildirib ki, İran bu strateji keçiddə neft daşınmasına mane olarsa, ABŞ “indiyə qədər həyata keçirilən hücumlardan 20 dəfə daha güclü zərbə” endirəcək. O həmçinin iddia edib ki, ABŞ “məhv edilməsi çox asan olan” hədəfləri vuracaq və bu addım İranın bir ölkə kimi yenidən qurulmasını demək olar ki, qeyri-mümkün edə bilər.


ABŞ prezidenti əlavə edib ki, belə bir ssenari baş verərsə, İranın üzərinə “ölüm, od və qəzəb” enəcək, lakin bunun baş verməyəcəyinə ümid etdiyini bildirib.


Tramp həmçinin bu mövqeni Çin və digər ölkələr üçün “bir hədiyyə” adlandırıb və qeyd edib ki, həmin ölkələr enerji daşımaları üçün Hörmüz boğazından geniş şəkildə istifadə edirlər.