İran qadın futbol millisinin bir neçə oyunçusu Avstraliyada polis köməyi ilə oteldən çıxarıldı

3 saat əvvəl 1 dəq oxu
İran qadın futbol millisinin bir neçə oyunçusu Avstraliyada polis köməyi ilə oteldən çıxarıldı


İran qadın futbol millisinin bir neçə oyunçusu dövlət himnini oxumadıqları üçün “müharibə dövrünün xaini” adlandırıldıqdan sonra Avstraliyada sığınacaq istəyib.


Araz News-un Reuters-ə istinadən verdiyi məlumata görə, Avstraliya federal polisi İran qadın futbol komandasının beş oyunçusunu qaldıqları oteldən çıxararaq təhlükəsiz yerə köçürüb. Onlar İran hakimiyyətinin ittihamlarından sonra siyasi sığınacaq üçün müraciət ediblər.


Bu futbolçular arasında milli komandanın kapitanı Zəhra Qənbəri də var. Avstraliya rəsmiləri həmin oyunçular üçün humanitar vizaların verildiyini açıqlayıb.


Avstraliyanın daxili işlər naziri bildirib ki, sığınacaq təklifi komandanın digər üzvləri üçün də açıqdır, baxmayaraq ki, bəziləri İrana qayıtmağa qərar verə bilər.