İsrail ordusu yayımladığı bəyanatda bildirib ki, Tehranda yeni hücum dalğası həyata keçirilib və bu əməliyyat zamanı Sepahın hava-kosmos qüvvələrinin qərargahı və təxminən 50 sursat anbarı hədəfə alınıb. Bəyanata görə, bu obyektlər hərbi fəaliyyətlər və Sepahla bağlı proqramlar üçün istifadə olunurdu.
Bəyanatda həmçinin qeyd edilir ki, əməliyyat zamanı bəzi polis bazaları, Bəsic bölmələri və Sepahın quru qüvvələrinə bağlı bəzi obyektlər də hədəf alınıb.