Torontoda ABŞ konsulluğuna atəş açılıb, Kanada polisi araşdırmaya başlayıb

1 saat əvvəl 1 dəq oxu
Torontoda ABŞ konsulluğuna atəş açılıb, Kanada polisi araşdırmaya başlayıb


Bu gün səhər saatlarında Torontonun mərkəzində yerləşən ABŞ konsulluğunun binasına atəş açıldığı barədə məlumatlar yayılıb. Polis bildirib ki, hadisə yerli vaxtla təxminən saat 05:30-da baş verib və indiyədək xəsarət alanların olduğu barədə məlumat yoxdur.


Associated Press-in məlumatına görə, Toronto polisi hadisə barədə məlumat aldıqdan sonra University və Queen West küçələrinin yaxınlığındakı əraziyə göndərilib və hadisə yerində “odlu silahdan atəş açıldığına dair sübutlar” aşkar edib. Polis hələlik bu atəşi açan şübhəli və ya hadisənin səbəbi barədə məlumat verməyib.


Ontario əyalətinin baş naziri Dag Ford bu hadisəni ABŞ-a qarşı “tamamilə qəbuledilməz zorakılıq və qorxutma aktı” kimi qiymətləndirib. Toronto meri Olivia Chow isə bildirib ki, ötən həftə şəhərdə iki sinaqoqa edilən hücumlardan sonra ABŞ və İsrail konsulluqları ətrafında təhlükəsizlik polis qüvvələrinin geniş iştirakı ilə gücləndirilib.