İsrail mediası: Qətər İrana zərbə endirib, Səudiyyə Ərəbistanı da tezliklə hərəkətə keçə bilər

4 saat əvvəl 1 dəq oxu
 İsrail mediası: Qətər İrana zərbə endirib, Səudiyyə Ərəbistanı da tezliklə hərəkətə keçə bilər


ArazNews: İsrailin Kanal 12 telekanalı Qərb mənbələrinə istinadən bildirib ki, Qətər son 24 saat ərzində Tehran tərəfindən Körfəz bölgəsində həyata keçirilən cavab hücumlarına reaksiya olaraq İran daxilində hədəflərə zərbə endirib. Bu məlumat, Dohanın səmasında İran raketlərinin keçidini əks etdirən görüntülərin yayılması fonunda səsləndirilib.


Eyni zamanda, yüksək rütbəli israilli rəsmi “Kan” ictimai yayımçısına açıqlamasında İsrailin qiymətləndirməsinə görə, dünən İranın hücumuna məruz qalan Səudiyyə Ərəbistanının da yaxın zamanda İrana qarşı hərbi addım ata biləcəyini deyib.


Körfəz ölkələri indiyədək ABŞ və İsrailin İrana qarşı bombardman kampaniyasında açıq şəkildə hücum əməliyyatlarına qoşulmayıblar. Bununla belə, bəzi ölkələr İranın hücumlarını havada zərərsizləşdirdiklərini açıqlayıblar.