İranla müharibə uzun çəkə bilər, amma illərlə davam etməyəcək

2 saat əvvəl 1 dəq oxu
İranla müharibə uzun çəkə bilər, amma illərlə davam etməyəcək


İsrailin baş naziri Benyamin Netanyahu ABŞ və İsrailin İranla apardığı müharibənin “sonsuz” olmayacağını bildirib. Reuters-ə istinadən yayılan məlumata görə, o, Fox News-a müsahibəsində deyib ki, müharibə “sürətli və qəti” ola bilər, lakin daha uzun çəksə belə, illərlə davam edən qarşıdurmaya çevrilməyəcək.


Bu açıqlama ABŞ və İsrailin şənbə günündən etibarən başladığı hava hücumları və İranın İsrailə və bəzi regional ölkələrə raket cavabları fonunda səsləndirilib. Donald Tramp ilkin olaraq müharibənin dörd-beş həftə davam edə biləcəyini demiş, daha sonra isə daha uzun sürə biləcəyi ehtimalını da istisna etməmişdi.


Netanyahu həmçinin müharibəni Yaxın Şərqdə “davamlı sülh” üçün fürsət kimi qiymətləndirib və Səudiyyə Ərəbistanı ilə münasibətlərin normallaşmasına işarə edib. Reuters/Ipsos sorğusuna əsasən isə amerikalıların yalnız təxminən dörddə biri ABŞ-ın İrana qarşı hücumlarını dəstəkləyir.