Axios: Tramp İraq kürd liderlərindən İrana qarşı dəstək istəyib

4 saat əvvəl 1 dəq oxu
 Axios: Tramp İraq kürd liderlərindən İrana qarşı dəstək istəyib


Axios-un yaydığı məlumata görə, Donald Tramp İraqdakı iki əsas kürd siyasi qanadının liderləri – Məsud Bərzani və Bafel Talabani ilə telefon danışığı aparıb. Danışıqlarda davam edən müharibə və kürd qüvvələrinin ABŞ və İsrailə İran qarşısında necə dəstək verə biləcəyi müzakirə olunub.

Məlumata əsasən, bu təmaslar Benyamin Netanyahunun aylardır apardığı danışıqlar və lobbiçilikdən sonra baş tutub. İsrailin baş naziri kürdlərin ABŞ və İsrailin İran İslam Respublikasına qarşı əməliyyatlarında mühüm rol oynaya biləcəyini düşünür.