ArazNews: İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi çərşənbə axşamı, 12 esfənd 1404-cü il tarixində mətbuat konfransını nazirliyin binasında və ya rəsmi zalda deyil, sinif otağını xatırladan məkanda keçirib.
Sosial şəbəkələrdə yayılan görüntülərə görə, konfrans məktəb mühitinə bənzər bir məkanda təşkil olunub. Kadrlarda Bəqayi qara lövhə önündə tribunada dayanıb, arxa fonda isə uşaq rəsmləri olan divar görünür. Jurnalistlərin məktəb partalarında əyləşdiyi müşahidə olunur.
Xəbərin yayımı vaxtına qədər bu məkan seçiminin səbəbi ilə bağlı rəsmi açıqlama verilməyib.