İsrail rəsmiləri: Hücumların ilk dalğasında Əli Xameneinin öldürülməsi ehtimalı

2 saat əvvəl 1 dəq oxu
İsrail rəsmiləri: Hücumların ilk dalğasında Əli Xameneinin öldürülməsi ehtimalı


İsrail mediası təhlükəsizlik qiymətləndirmələrinə istinadən xəbər verib ki, İrana qarşı həyata keçirilən genişmiqyaslı və qəfil hücumların ilk mərhələsində Əli Xameneinin öldürülmüş ola biləcəyi ehtimal edilir.


Məlumatda vurğulanır ki, onun taleyi ilə bağlı hələlik rəsmi təsdiq yoxdur.


Qiymətləndirmələrə görə, Məhəmməd Pakpur, Əli Şəmxani, müdafiə naziri, hərbi kəşfiyyat rəhbəri və Silahlı Qüvvələrin Baş Qərargah rəisi də hədəflər siyahısında olub.


İsrail ordusu bildirib ki, bu hücumların məqsədi İranın müdafiə strukturunu zəiflətmək və ölkə səmasında hava qüvvələrinin fəaliyyət azadlığını artırmaqdır.