İsrailli rəsmi: “İranın indiki və keçmiş bütün rəhbərləri hədəf siyahısındadır”

1 saat əvvəl 1 dəq oxu
 İsrailli rəsmi: “İranın indiki və keçmiş bütün rəhbərləri hədəf siyahısındadır”


Bir israilli rəsmi Axios-a bildirib ki, Təl-Əvivin məqsədi İran rejiminin tam çöküşü üçün bütün şəraiti yaratmaqdır və İranın siyasi və hərbi rəhbərliyinin hamısı — keçmiş, indiki və gələcək — hədəf siyahısına daxildir.


Rəsminin sözlərinə görə, gələcək proseslər İran xalqının üsyan səviyyəsindən asılı olacaq və İsrailin addımları ölkə daxilindəki vəziyyətə uyğun şəkildə tənzimlənəcək.