İsrail mənbələri Xamneyi və Məsud Pezeşkian da daxil olmaqla, İranın siyasi və hərbi liderlərinə qarşı hücumların həyata keçirildiyini elan ediblər. Bu hücumların nəticələri barədə hələlik rəsmi təfərrüatlar yayımlanmayıb.
Bununla belə, İrandakı yerli mənbələr Ayətullah Xamneyi, Məsud Pezeşkian və bəzi yüksək rütbəli dövlət rəsmilərinin öldürüldüyünü xəbər verirlər. Hücumların miqyası və dəymiş ziyanın həcmi barədə hələlik dəqiq məlumat yoxdur və müstəqil şəkildə təsdiqlənmiş hesabatlar dərc edilməyib.