Tramp: İranın bombalanması bu ölkənin quldurluğunun qarşısını aldı

4 saat əvvəl 1 dəq oxu
Tramp: İranın bombalanması bu ölkənin quldurluğunun qarşısını aldı

Donald Tramp İranın Yaxın Şərqdəki hazırkı vəziyyətdəki rolu haqqında danışarkən bildirib ki, əgər ABŞ İranın nüvə obyektlərini bombalamasaydı, "Yaxın Şərqdə heç vaxt sülh" bərqərar olmazdı.


O qeyd edib: "Biz ora o gözəl B-52 bombardmançılarını göndərdik; hədəflərini vuran o böyük bombalar və sualtı qayıqdan atılan o 30 'Tomahawk' raketi möhtəşəm idi."


Tramp əlavə edib: "Əgər İranın nüvə obyektləri məhv edilməsəydi, Yaxın Şərqdə heç vaxt sülhə nail ola bilməzdik. Səudiyyə Ərəbistanı, BƏƏ və Qətər kimi ölkələr heç vaxt saziş imzalaya bilməzdilər, çünki başlarının üzərində qara bir bulud var idi və o da İran idi; nüvə silahına malik İran."


O, sözlərinə belə davam edib: "Bəlkə yenidən nüvə bombası düzəltməyə çalışarlar, amma gərək yeni bir sayt (mərkəz) tiksinlər, çünki əvvəlki mərkəzləri məhv edilib. Biz bunu etdik və Yaxın Şərqə sülh gətirə bildik."


Çıxışının digər hissəsində o deyib: "Adlarını çəkdiyim ölkələr və digər dövlətlər hər hansı bir saziş imzalamağa cürət etmirdilər. Onlar qorxurdular və o quldur İran idi; Yaxın Şərqin qulduru. İran artıq quldurluq edə bilməz."